IQNA

 3 Yanvar “Beynəlxalq Müqavimət Günü” elan edildi

9:51 - January 07, 2020
Xəbər sayı: 3486449
 3 Yanvar “Beynəlxalq Müqavimət Günü” elan edildi
Şəhid Qasim Süleymaninin şəhid edildiyi gün (3 Yanvar) İran İslam Respublikasının rəsmi təqvimində “Beynəlxalq Müqavimət Günü” kimi yazılması təklifi İran Mədəniyyət Şurası tərəfindən təsdiqlənib.  

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının milli təqvimində Yanvar ayının 3-ü “Beynəlxalq Müqavimət Günü” olaraq yazıldı.

Bu barədə İran İslam Respublikasının “Müqəddəs Müdafiə Dəyərlərinin Qorunması Fondu” təklif irəli sürüb.

Şəhid General-Leytenant Qasim Süleymaninin terror edilərək şəhid olduğu gün (3 Yanvar) İran İslam Respublikasının rəsmi təqvimində “Beynəlxalq Müqavimət Günü” kimi yazılması təklifi İran Mədəniyyət Şurası tərəfindən təsdiqlənib.  

https://iqna.ir/fa/news/3869850

captcha